Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edib.
Bu çərçivədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq.
Tədbir 28 noyabr 2019-cu il tarixdə saat 15:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin inzibati binasında (Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 86) keçiriləcək.