Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 8309 nəfərə çatıb.
Layihə iştirakçılarından 1980 nəfəri qadınlar, 1922 nəfəri əlilliyi olan şəxslər, 1481 nəfəri məcburi köçkünlər, 212 nəfəri şəhid ailəsi üzvləri, 437 nəfəri isə ünvanlı sosial yardımı alan ailələrin üzvləridir. Proqrama cəlb edilən şəxslərdən 6005 nəfəri artıq təlim kursunu müvəffəqiyyətlə başa vurub. Təlimlərdə iştirakçılara biznes planlarını qurmaları üçün lazımı məlumatlar tədris edilib və təlimlərin yekunu olaraq onlar biznes-planlarını müdafiə ediblər.
Qeyd edək ki, layihə iştirakçılarından artıq 4891 nəfəri biznes planlarına uyğun mal və materiallarla təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar.