Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və onların müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun, obyektiv şəkildə cavablandırılması diqqət mərkəzində saxlanılır.
Belə ki, təkcə 2019-cu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 568 747 vətəndaş müraciəti cavablandırılıb.
Həmin vətəndaşlardan 23 347-sinin fərdi qaydada qəbulu həyata keçirilib ki, 560 nəfəri nazir, 609 nəfəri nazir müavinləri və Aparat rəhbəri, qalanları nazirliyin digər rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən qəbul edilib.
Müraciətlərin 374 935-i məktub, ərizə və elektron qaydada edilib və onların, habelə 142-Çağrı mərkəzi vasitəsilə 151 570, iş telefonları vasitəsilə 11489, sosial şəbəkələr (facebook, instagram səhifələri) vasitəsilə 7406 müraciətin cavablandırılması təmin olunub.
Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.