Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işəgötürənlərin sifarişi ilə peşə kurslarının təşkilinə başlayıb. Bu istiqamətdə ilk peşə kursu “Agroland” şirkətinin sifarişi əsasında təşkil edilib.
İstixana operatoru peşəsi üzrə təşkil edilən ilk kursa 16 nəfər cəlb edilib. Yaxın günlərdə daha 32 nəfər üçün bu peşə üzrə təlimlərə başlanacaq. Ümumilikdə şirkətin sifarişi ilə 150 nəfərin istixana operaturu peşəsi üzrə təlimlərə cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, işəgötürənlər Dövlət Məşğulluq Xidməti ilə həm yeni ixtisaslı kadrlar hazırlamaq, həm də işçilərin peşə biliklərini daha da təkmilləşdirmək üçün kursların təşkilində əməkdaşlıq edə bilər. İşsiz şəxslərin peşə hazırlığı İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir.