Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sıfarişi və dəstəyi ilə Şəmkir rayonunda “Sağlamlıq imkanları məhdud uşaqların (Daun sindromlu) sosial reabilitasiyası” adlı layihə həyata keçirilir.
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində yaradılan sosial reabilitasiya mərkəzinə daun sindromlu uşaqlar cəlb edilərək onlara sosial reabilitasiya xidmətləri göstərilir. Məqsəd bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin göstərilməsidir.
Mərkəzdə həm qrup şəklində, həm də fərdi şəkildə məşğələlər, praktiki dərslər keçirilir. Uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün də işlər aparılır.