Bakının Sabuçu rayonunun Bakıxanov qəsəbəsindəki Günərzi qayğı mərkəzinin və Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzinin uşaqları “Qızıl payız” adlı kompozisiya təqdim ediblər.
Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi və maliyyə dəstəyi ilə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfindən yaradılıb. Hər iki mərkəzdə xüsusi qayğıya ehtiyac duyan uşaqlar yarımstasionar şəkildə reabilitasiya yönümlü sosial xdmətlərlə təmin edilirlər. Eyni zamanda uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün bu mərkəzlərdə müxtəlif dərnəklər fəaliyyət göstərir.
“Qızıl payız” tədbirində uşaqların payız fəslinə aid, təbiətə, Vətənə sevgini təbliğ edən səhnələri, şer və mahnıları maraqla qarşılanıb.