Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətə daha açıq olmaq və vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün bu həftədən etibarən rəsmi Facebook səhifəsində canlı yayıma start verir.
Sosial sahədə aparılan islahatlarla bağlı vətəndaşları maraqlandıran bütün suallara canlı yayımda, “Sosial saat”da aydınlıq gətiriləcək.
Açıq nazirlik statusunu öz fəaliyyətdə tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər həftə sosial sahə üzrə yeni mövzu və qonaqlarla rəsmi Facebook səhifəsi izləyicilərinin qarşısına gələcək.
Beləliklə, facebook izləyiciləri sosial sahə ilə bağlı onları maraqlandıran suallarını birbaşa canlı yayımda ünvanlaya biləcəklər.
Hər dəfə növbəti canlı yayımın mövzusu və qonaq barədə izləyicilərə əvvəlcədən məlumat veriləcək.
“Sosial saat” - hər həftənin cümə axşamı saat 11-də.