Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan MR-dəki “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb.
Əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlərin bir istiqaməti də onların sağlamlıqlarının bərpasına yönəlib. Bu istiqamətdə aparılan işlər çərçivəsində nazirlik tərəfindən əliliyi olan şəxslərin xəstəlikləri nəzərə alınmaqla müvafiq müalicə müəssisələrində müalicə kursu keçmələri də təşkil olunur. “Duzdağ” Fizioterapiya mərkəzinə göndərilən şəxslərin xəstəliklərinin müalicəsi üçün həmin Fizioterapiya mərkəzində təbii resurslardan istifadə edilməklə səmərəli fizioterapevtik müalicə prosedurları tətbiq olunur.
Yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün aparılan işlərə görə minnətdarlıqlarını ifadə ediblər.