Cari ildə özünüməşğulluq proqramına cəlb edilmiş işsiz və işaxtaran vətəndaşlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən keçirilən təlimlər başa çatıb.
Təlimlər Bakı ilə yanaşı, Gəncə şəhərində, Yevlax, Qəbələ, Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində təşkil edilib. İştirakçılara Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər, dəstək tədbirləri, həmçinin “KOB Dostu” mexanizmi barədə məlumatlar verilib. Təlimlər zamanı özünüməşğulluq proqramı, biznes planların hazırlanması və hüquqi məsələlər də tədris olunub.
Qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, Agentliyin “KOB Dostları”na da müraciət edə bilərlər. “KOB Dostları”na müraciət edən şəxslərə özünüməşğulluq proqramı barədə ətraflı məlumatlar verilir, onların proqrama qoşulmasına dəstək göstərilir.