28 May-Respublika günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda tədbir keçirilib.
Fondun direktoru Himalay Məmişov 101 il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edib. Cümhuriyyətin cəmi 23 ay ömür sürməsinə baxmayaraq, xalqımızın demokratik dəyərləri özündə daşıyan, mütərəqqi dövlətçilik ideyalarını əks etdirən respublika qurmaq əzmini nümayiş etdirdiyini vurğulayıb.
O, ulu öndərimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın ötən dövrdə keçdiyi inkişaf yolundan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələrdə əldə etdiyi mühüm tarixi nailiyyətlərdən bəhs edib. H.Məmişov əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.
Tədbirdə səmərəli fəaliyyəti ilə seçilən bir qrup əməkdaşa diplomlar təqdim olunub.