Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən sahibkarların, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən dəyirmi masalar başa çatıb.
Ümumilikdə respublikanın 56 şəhər və rayonunda keçirilən dəyirmi masalarda yaxın günlərdə istifadəyə veriləcək “Məşğulluq” alt sistemi haqqında təqdimatlar edilib. Bu e-sistemin üstünlükləri diqqətə çatdırılıb, “Vakansiya bankı”na boş (vakant) iş yerləri barədə məlumatların daxil edilməsi prosedurları barədə işəgötürənlərə məlumatlar verilib. Yeni və ya boşalan iş yerləri (vakansiya) barədə məlumatların “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində işəgötürənlər tərəfindən “Vakansiya bankı” daxil edilməli olduğu vurğulanıb.
Dövlət məşğulluq siyasətinin icrası, işsiz və işaxataranların məşğulluğunun təmin edilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, işəgötürənlərlə birgə aparılan işlər və qarşıda duran vəzifələr də müzakirə edilib.