Cari ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 253 nəfər əmək bazarının tələblərinə uyğun müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Təhsil Nazirliyi ilə birgə hazırlanaraq təsdiq edilmiş tədris proqramları əsasında təşkil olunan kursları bitirənlərə bu barədə sertifikatlar təqdim olunub. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi işləri də aparılır.