Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan yeni mühüm addımlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir
Müsabiqənin məqsədi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas kateqoriyaların sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması, sosial ədalət prinsipinin yüksək səviyyədə təminatı istiqamətində atılan yeni inqilabi addımlar və əldə olunan mühüm irəliləyişlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.
Müsabiqənin mövzusu
"Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda saytlarda yerləşdirilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzet və ya saytlar.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)
5. Dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları
1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2.Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)
Tələb olunan sənədlər
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzasıilə)
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4. Şəxsi VÖEN vəsurəti ,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).
Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 03 aprel 2019-cu il tarixində başlayır, 01may 2019-cu il tarixində başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat);
II yer üçün 2 nəfər (800 manat);
III yer üçün 3 nəfər (500 manat)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
|
Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________
M.Y.
Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2019-cu il
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45; Elektron ünvan:info@kivdf.gov.az,kivdf.info@gmail.com