Ölkə Prezidentinin Fərman və Sərəncamlarına əsasən, 2018-2024-cü illərdə icra olunan sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, sosial təminat sisteminin əhatəliliyi də genişlənib.
Həmin illərdə 10 yeni sosial ödəniş növü (o cümlədən, müharibə veteranları, Vətən Müharibəsi Qəhrəmanları, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan uşaqlara qulluq edənlər, işləməyən pensiyaçı elmlər doktorları və fəlsəfə doktorları üçün Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa və himayəyə götürən şəxslər üçün aylıq müavinət və s.) təsis edilib.
Qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü və aylıq müavinətlə təmin olunanların sayı 402 min nəfər və ya iki dəfəyə yaxın artaraq 847 min nəfərə, o cümlədən:
çatıb.
Müavinət və təqaüd ödənişlərində isə həmin dövrdə 5 dəfə artım baş verib.