Peşəyönümü xidmətlərlə əhatə olunanların illik sayı da həmin dövrdə
1,7 dəfə artaraq 118 mindən 204 minə çatıb.
Aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə, bununla da məşğulluq imkanlarına yiyələnməsini təmin etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illərdə peşə hazırlığı infrastrukturunun təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb, habelə yeni peşə hazırlığı mərkəzləri yaradılıb. Hazırda da bu mərkəzlərin ölkə boyu genişləndirilməsi işləri davam etdirilir.
Beləliklə, görülən işlər nəticəsində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kurslarına cəlb edilən işsiz və işaxtaran şəxslərin illik sayı 2018-ci ildəki 2,6 mindən 6 dəfə artaraq 2024-cü ildə 15,6 minə çatıb.
Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək də göstərilir.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi məqsədilə peşəyönümü xidmətlər də göstərilir.
Bu xidmətlərlə əhatə olunanların illik sayı da 2018-ci ildəki 118 mindən 1,7 dəfə artaraq 2024-cü ildə 204 minə çatıb.