Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında keçiriləcək II Respublika Şahmat Turnirinə qeydiyyat davam edir.
Dövlət Sosial Müdafiə Fondunun turnirdə iştirak etmək istəyən yaşı 50-dən yuxarı olan pensiya və sosial müavinət alan benefesiarları şəxsi məlumatlarını DSMF-nin regional filialları və qəbul şöbələrinə yaxınlaşaraq, eləcə də 142 – Çağrı Mərkəzinə zəng edərək təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, artıq 400 nəfərdən çox benefisiar qeydiyyatdan keçib və qeydiyyat prosesi aprelin 1-dək davam edəcək.