Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə pensiya və sosial müavinət alan şəxslər arasında keçirilən II Respublika Şahmat Turnirinin seçmə mərhələsi davam edir.
Turnirdə iştirak etmək üçün qeydiyyatdan keçən DSMF-nin yaşı 50-dən yuxarı olan 1500-ə yaxın benefisiarından artıq 1166 nəfəri seçmə mərhələsində yarışıb.