Onlardan Masallı rayonu üzrə 25 nəfər əlilliyi olan şəxsin cəlb ediliyi peşə kurslarına mediatur olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Əlilliyi olan Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən daha 100-dək şəxs üçün 6 peşə hazırlığı kursu təşkil edilib.
Onlardan Masallı rayonu üzrə 25 nəfər əlilliyi olan şəxsin cəlb ediliyi peşə kurslarına mediatur olub.
Masallı Sənaye Məhəlləsində yerləşən müəssisədə təşkil olunan kurslar dərzi və xalçaçılıq istiqamətini əhatə edir.
Media nümayəndələri kursların təşkil olunduğu müəssisədə tədris prosesi ilə tanış olublar. Onlara Agentlik tərəfindən aparılan peşə hazırlığının təşkili işləri barədə məlumat verilib.
Qeyd edilib ki, bu gün Agentlik tərəfindən əmək bazarının tələblərinə cavab verən 175 peşə və ixtisas üzrə kurslar təşkil edilir. Agentliyin Bakı, Gəncə və Göyçayda olmaqla 3 Peşə Hazırlığı Mərkəzi də fəaliyyət göstərir.
Peşə kurslarının səmərəli təşkili və nəticəyönümlü olması üçün sosial tərəfdaşlıq müstəvisində işəgötürənlərlə fəal əməkdaşlıq həyata keçirilir. Bu da kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatında mühüm önəm kəsb edir. Əlilliyi olan şəxslər üçün bu kursların təşkili işləri də Əlilliyi olan Sahibkarlar Təşkilatı İctimai Birliyi ilə əməkdaşlıqda aparılıb.
Kurslara cəlb olunan müdavimlərə peşə kursu müddətində minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir və kursları uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.