Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə pensiya və sosial müavinət alan şəxslər arasında keçirilən II Respublika Şahmat Turnirinin seçmə mərhələsinə regionlarda start verilib.
Bu gün turnirin seçmə mərhələsində 510 iştirakçı yarışır. Gərgin mübarizə şəraitində keçən yarışda DSMF-nin Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Yevlax, Mingəçevir, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Bərdə, Xankəndi, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəydən olan yaşı 50-dən yuxarı benefisiarları mübarizə aparır. Bu mərhələdə uğur qazanan iştirakçılar Bakıda keçiriləcək yarımfinal və final mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, turnirdə yarışmaq üçün 1500-ə yaxın şəxs qeydiyyatdan keçib.