Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında keçiriləcək II Respublika Şahmat Turnirinə qeydiyyat artıq başa çatıb. Turnirdə iştirak etmək üçün yaşı 50-dən yuxarı olan pensiya və sosial müavinət alan 1500-ə yaxın şəxs qeydiyyatdan keçib. Bu gündən etibarən rayonlarda turnirin seçmə mərhələsi başladı. Bu mərhələdə uğur qazanan iştirakçılar aprelin 26-da Bakıda təşkil olunacaq yarımfinal mərhələsində yarışacaq.