Dövlət Sosial Müdafiə Fondu Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında 2-ci Respublika Şahmat Turniri təşkil edir. Turnirdə yaşı 50-dən yuxarı olan bütün benefisiarlarımız iştirak edə bilərlər. Şahmat yarışında iştirak etmək üçün martın 1-dən aprelin 1-dək DSMF-nin regional filialları və qəbul şöbələrinə yaxınlaşaraq, eləcə də 142 – Çağrı Mərkəzinə zəng edərək qeydiyyatdan keçmək lazımdır.