Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Dərin Özüllər Zavoduna infotur təşkil olunub.
İnfotur “Heydər Əliyev İli”nə həsr olunmuş “DOST to DOST” layihəsi çərçivəsində təşkil olunan “Əmək hüquqları” adlı təlim proqramının könüllüləri üçün nəzərdə tutulub.
İnfoturda Xidmətin və DOST Agentliyinin nümayəndələri də iştirak ediblər.
Proqram çərçivəsində təşkil olunmuş infoturun məqsədi müəssisənin istehsalat şəraitini, əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət edilməsi vəziyyətini canlı müşahidə etmək olub.
Müəssisənin rəhbər vəzifəli şəxsləri müəssisənin fəaliyyəti, istehsal etdiyi məhsullar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı görülən işlər və s. barədə tur iştirakçılarına geniş məlumat veriblər, onları istehsal prosesi ilə tanış ediblər.