9 fevral- Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranma tarixidir.
Böyük fəxarətlə demək olar ki, Ulu öndərin ümumilikdə idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti, paralimpiyaçıların dostu İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz bunun nəticəsidir ki, Azərbaycanın adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir.