Bu gün ictimai-siyasi tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. 31 il əvvəl bugünkü tarixdə Ümumilli Lider Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yaradıldı.
Bununla da Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, dünənin, bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu.