14 iyul 1969-cu il: Azərbaycanın inkişaf yolunun başlanğıcı
14 İYUL 2023 16:48 | Baxış sayı 271
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü respublikamızın bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyduğu bir gün kimi tariximizin şanlı səhifəsinə çevrilib. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycan ötən əsrin 70-80-ci illərində böyük tərəqqiyə nail olub, keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ən qabaqcıl sənaye ölkəsinə çevrilib, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub.