ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi adlı təkrar müsabiqələr keçirir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Ağdam, Ağdaş, Astara, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Hacıqabul, Xaçmaz, İmişli, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Lerik, Lənkəran, Masallı, Naftalan, Neftçala, Oğuz, Saatlı, Salyan, Samux, Siyəzən, Şabran, Şəki, Şəmkir, Ucar, Yevlax, Zaqatala, Zərdab şəhər və rayonları üzrə)”  və “Ahıllar üçün Günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” (Gəncə, Xaçmaz, Qazax, Qax şəhər və rayonları üzrə)” adlı təkrar müsabiqələr keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 02 sentyabr 2022-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 05 sentyabr 2022-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5037)
Müsabiqə komissiyası