ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

07.04.2023 - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Gəncə, Şirvan, Ağcabədi şəhər və rayonları üzrə)” adlı müsabiqə keçirir (08.07 - 06.08.2021)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Gəncə, Şirvan, Ağcabədi şəhər və rayonları üzrə)” adlı müsabiqə keçirir.    

Müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1 yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 05 avqust 2021-ci  il  saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 06 avqust 2021-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir. 

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5030)

Müsabiqə komissiyası