Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xidmətlərinin göstərilməsi” adlı təkrar müsabiqə keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
İştirak haqqı yoxdur.
Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Zərdabi pr.80 ünvanına yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri Zərdabi pr.80 ünvanına 16 may 2019-cu il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqə 17 may 2019-cu il saat 11:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 434-05-20
Müsabiqə komissiyası;