ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tərkib

Elşad Yaqub oğlu Məmmədov

Elşad Yaqub oğlu Məmmədov

Sədr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədridir. “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini kimi fəaliyyət göstərərək, həssas əhali qruplarının sosial müdafiəsi, inklüzivlik və ictimai iştirakçılığın gücləndirilməsi istiqamətində fəal iştirak edir.

İqtisad üzrə elmlər doktoru, professordur. Uzun illər ərzində ali təhsil və elmi-tədqiqat sahəsində çalışmış, müxtəlif universitetlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Texniki Universitetində İnnovativ İqtisadi Araşdırmalar İnstitutuna rəhbərlik edir. Eyni zamanda, Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsini icra edir. 12 monoqrafiya, 4 dərslik, 2 dərs vəsaiti, 500-dən çox, o cümlədən 100-ü beynəlxalq sitat bazalarına daxil olan elmi nəşrlərin müəllifidir. Bir sıra yerli və xarici medianın iqtisadi təhlilçisi və icmalçısıdır. Təhsil sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 

Bəhruz Qasım oğlu Məmmədzadə

Bəhruz Qasım oğlu Məmmədzadə

Sədr müavini

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavinidir. “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədridir.

İcra etdiyi “Şəhid ailələri və müharibə veteranları ilə iş”, "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı - Biz Qayıdacağıq!" və s. layihələri ilə şəhid ailələri və veteranların sosial vəziyyətinin işıqlandırılması, onlara sosial-psixoloji dəstəyin göstərilməsi və ictimai maarifləndirmənin artırılmasına nail olmuşdur. Qazilərin və şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək, onların hüquqlarını müdafiə etmək, veteranların cəmiyyətə inteqrasiyasını təmin etmək sahəsində ardıcıl işlər aparır. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikasınıın Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrində uzun müddət xidmət etmişdir. Vətən müharibəsi iştirakçısıdır, Şuşa uğrunda döyüşlərdə yaralanmışdır. Dövlət tərəfindən 16 müxtəlif medal ilə təltif olunmuşdur.

Ramilə Rasim qızı Mahmudova

Ramilə Rasim qızı Mahmudova

Katib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın katibidir. “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası” İctimai Birliyinin sədri olmuş, həmin təşkilatın bazasında yaradılmış “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri kimi fəaliyyətini davam etdirir.

Əlilliyi olan şəxslərin, o cümlədən uşaqların və digər sosial cəhətdən həssas qrupların sosial-hüquqi müdafiəsi, sosial-psixoloji və pedaqoji xidmətlərə, inklüziv təhsilə çıxış imkanlarının artırılması sahəsində ictimai əhəmiyyət kəsb edən layihələr həyata keçirir və inklüziv cəmiyyətin formalaşmasına dəstək verir. Sosial iş sahəsində ixtisaslaşmış mütəxəssisdir və 15 ildən artıq peşəkar təcrübəyə malikdir. Azərbaycan Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür. İctimai sahədə səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Sahib Məlik oğlu Məmmədov

Sahib Məlik oğlu Məmmədov

Üzv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədridir və sosial rifahın yaxşılaşdırılması, məşğulluğun dəstəklənməsi və sosial ədalətin təşviqinə yönəlmiş tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) yanında Ekspertlər Şurasının koordinatoru və Milli Preventiv Qrupun eksperti olub. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının layihələrində ekspert, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı, Sosial Tədqiqatlar Mərkəzində icraçı direktor vəzifəsində çalışır. BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ekspert kimi çıxış etmiş, insan hüquqları və əmək münasibətləri sahəsində layihələrdə iştirak etmişdir. 15-dən çox kitab və tədris vəsaitinin, həmçinin 20-dən artıq elmi-tədqiqat işinin müəllifidir.

İradə Bağır qızı Rizazadə

İradə Bağır qızı Rizazadə

Üzv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədridir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Proqramı (UNDP), Norveç və Almaniya səfirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan 100 yaxın sosial layihənin rəhbəri olub.  Sosial müdafiəyə ehtiyacı olan qrupların hüquqlarının qorunması, onların rifahının yaxşılaşdırılması və ictimai fəallığın artırılması istiqamətində aktiv fəaliyyət göstərir. Sədri olduğu ictimai birlik BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC), Avropa Birliyinin Şərq Tərəfdaşlığı Platformasının Vətəndaş Cəmiyyəti Forumunun, həmçinin, Avrasiya Xalqları Assambleyasının və Sosial İnkişaf üzrə Beynəlxalq QHT Koalisiyasının üzvüdür. İctimai sahədə səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Rey Kərim oğlu Qasımov

Rey Kərim oğlu Qasımov

Üzv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədridir.  

Rəhbərlik etdiyi təşkilat Azərbaycanda mina və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin hüquqlarını müdafiə etmək və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələr həyata keçirir. Mina qurbanlarına psixoloji və sosial dəstək göstərilməsi, onların məşğulluq imkanlarının artırılması üçün aktiv fəaliyyət göstərir. Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edir. Jurnalistlərin Həmkarlar İttifaqının Idarə Heyətinin üzvüdür. Hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışmaqla yanaşı www.qaziler.az saytının baş redaktorudur.

Aslan Cavid oğlu Əzimzadə

Aslan Cavid oğlu Əzimzadə

Üzv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvüdür.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim olmaqla yanaşı, Odlar Yurdu Universitetində departament rəhbəri vəzifəsini icra edir. 14 elmi məqalənin, 12 tezisin, 1 monoqrafiyanın, 3 kitab bölməsinin müəllifidir. Sosial-iqtisadi maarifləndirmə istiqamətində həyata keçirilən layihələrdə fəal iştirak edir, gənclərin elmi və peşəkar inkişafına dəstək göstərir.

Zülfiyyə Səfər qızı Nuriyeva

Zülfiyyə Səfər qızı Nuriyeva

Üzv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədridir.

“Gənc xanımların bacarıqlarının artırılması”, “Gender və Cəmiyyət”, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” kimi layihələri həyata keçirib. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzləri, eləcə də ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətini təşkil edib.

Cəmaləddin Əlibala oğlu Quliyev

Cəmaləddin Əlibala oğlu Quliyev

Üzv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvüdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviridir.

İşçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, onların əmək şəraitinin yaxşılaşdırılması, sağlamlığın qorunması və sosial təminat məsələlərində mənafelərinin təmsil edilməsi sahəsində fəaliyyət göstərir. Dövlət idarəçiliyi və məşğulluq siyasəti sahəsində uzun illər çalışmış, o cümlədən İqtisadiyyat Nazirliyi və Dövlət Məşğulluq Agentliyində rəhbər vəzifələr tutmuşdur.