ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

2026-cı il üzrə elanlar

Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən sosial sahədə də strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi potensial özəl tərəfdaşları aşağıda qeyd olunan dövlət-özəl tərəfdaşlığı layihələrinə dair niyyət bildirməyə dəvət edir:

Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatı

Layihənin təsviri: Müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatı nəzərdə tutulur.

Layihənin icra ediləcəyi ərazilər: Gəncə şəhəri, Quba rayonu

Ehtimal olunan miqyas: 280 mənzil (mənzil sayı növbəti mərhələlərdə dəqiqləşdiriləcəkdir)

İstismar müddəti: 30 il

Qeyd: Layihəyə dair ətraflı məlumat texniki-iqtisadi əsaslandırma sənədlərinə əsasən tərtib olunacaq şərtlər toplusunda əks etdiriləcəkdir.

Layihəyə maraq göstərən potensial investorların müraciət formasını doldurub info@sosial.gov.az email ünvanına göndərmələri xahiş olunur.