ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

0-6 yaş arası əlilliyi olan şəxslərin səyyar sosial reabilitasiyası xidməti

Ümumi məlumat

18 yaşadək əlilliyi olan şəxslərə səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi Sosial Xidmət Haqqında Azərbaycan Respublikasının Qanunun 19.2.6-cı maddəsi (əlilliyi olan şəxslərə, o cümlədən 18 yaşadək əlilliyi olan şəxslərə reabilitasiya xidmətinin göstərilməsi) ilə tənzimlənir.

Səyyar sosial reabilitasiya xidməti hazırda Bakı şəhəri (12 rayon) üzrə 0-6 yaş arası əlilliyi olan şəxslərə göstərilir. Səyyar sosial reabilitasiya xidməti mütəxəssislərdən ibarət komanda tərəfindən göstərilir. Həmin mütəxəssislər sosial işçi, psixoloq, pedaqoq, loqopedlərdir. Hər bir mütəxəssis ilkin qiymətləndirmə zamanı 18 yaşadək əlilliyi olan şəxsin qiymətləndirilməsində iştirak edir. 18 yaşadək əlilliyi olan şəxsin diaqnozu, yaş xüsusiyyətləri, davranışlarından asılı olaraq uşağın reabilitasiyası üçün müvafiq mütəxəssislər 18 yaşadək əlilliyi olan şəxs üçün fərdi reabilitasiya proqramı hazırlayırlar. Proqrama uyğun olaraq 18 yaşadək əlilliyi olan şəxsə səyyar sosial reabilitasiya xidməti həftədə 2 dəfə, yarım saatdan az olmamaqla göstərilir.

Şərtlər, sənədlər və müraciət

Səyyar sosial reabilitasiya xidməti 0-6 yaş arası əlilliyi olan şəxslərə göstərilir. Yaşayış ünvanı Bakı şəhəri olan 18 yaşadək əlilliyi olan şəxslərin valideynləri, qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər 18 yaşadək əlilliyi olan şəxslərə səyyar sosial reabilitasiya xidməti üçün Sosial Xidmətlər Agentliyinə və ya Agentliyin yerli qurumlarına, 116 123 Qayğı Çağrı Mərkəzinə, Nazirliyin 142 Çağrı Mərkəzinə müraciət edə bilərlər. 18 yaşadək əlilliyi olan şəxsə səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi üçün lazımi sənədlər aşağıdakılardır:

  • 18 yaşadək əlilliyi olan şəxsin şəxsiyyət vəsiqəsinin sürəti;
  • Uşağın valideynlərinin şəxsiyyət vəsiqələrinin sürəti;
  • Uşağın əilliyini təsdiq edən elektron sənəd.