“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilinəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 600 manat məbləğində müəyyən edilib. Artımlar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir. şəhid statusunu təsdiq edən sənədin surəti; şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti; təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti); şəhidin dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı; Şəhidin 18-23 yaş arası övladına münasibətdə onun əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı.