Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında 2020-ci il 30 dekabr 1226 nömrəli Fərmanına əsasən Prezident təqaüdü təsis edilərək 2021-ci il yanvarın 1-dən onun aylıq məbləği 2000 manat müəyyən edilib. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti Şəxsin ölümündən sonra təqaüdü almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” ilə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı”nın ölüm haqqında şəhadətnaməsinin surəti Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı”nın dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı”nın 18-23 yaş arası övladına münasibətdə onun əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı