Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 1800 manat məbləğində müəyyən edilib. Artımlar 2021-ci il yanvarın 1-dən tətbiq edilir. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının surəti; Azərbaycan Respublikasının Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti; təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin Azərbaycan Respublikasının Milli Qəhrəmanı ilə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti); Azərbaycanın Milli Qəhrəmanının dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı; Azərbaycan Respublikasının “Milli Qəhrəmanı”nın 18-23 yaş arası övladına münasibətdə onun əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı.