ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

20 Yanvar şəhidinin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

“20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il 350 nömrəli Fərmanına edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği 600 manat məbləğində müəyyən edilib. Artımlar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Tələb olunan sənədlər: Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir. “20 Yanvar şəhidi” fəxri adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti; şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti; təqaüd almaq hüququ olan ailə üzvləri barədə məlumat (şəxsin şəhidlə qohumluğunu təsdiq edən doğum, nikah və vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin surəti); şəhidin dul arvadının yeni nikaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı; Şəhidin 18-23 yaş arası övladına münasibətdə onun əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı