ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Dəfn üçün müavinət

     Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Dəfn üçün müavinət birdəfəlik müavinətdir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği 500 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının üç misli qədərdir.
Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. 

    Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Dövlət Sosial Müdafiə Fondu tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. 

Sığortaolunana münasibətdə dəfn üçün müavinətin alınması məqsədilə müəssisə tərəfindən e-qaydada DSMF-ə təqdim edilən sənədlər:
Ölüm haqqında şəhadətnaməsinin surəti;
Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı;
Dəfn xərci çəkən şəxs ilə bağlı bələdiyyədən arayış;
Sığortaedənin «Müavinət təyin edən komissiya»sının protokolu;
Dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəli;
Müraciət edənin şəxsiyyət vəsiqəsinin surəti.

Əmək pensiyaçılarına münasibətdə dəfn üçün müavinətin alınması məqsədilə dəfn xərcini çəkən şəxs tərəfindən DOST mərkəzinə və ya DSMF-nin ərazı üzrə xidmət bölməsinə təqdim edilən sənədlər:
Ölüm haqqında şəhadətnaməsinin surəti;
Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı;
Dəfn xərci çəkən şəxslə bağlı bələdiyyənin arayış;
Müraciət ərizəsi;
Müraciət edənin şəxsiyyət vəsiqəsinin surəti;
Müraciət edənin bank rekviziti və ya poçt ünvanı.