Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.
Qeyd olunan müavinətin təyinatı üçün müraciət elektron formada həyata keçirilir.
Üç yaşına çatanadək uşağa qulluğa görə müavinətin alınması üçün müəssisə tərəfindən e-qaydada DSMF-ə təqdim edilən sənədlər:
Sığortaedənin «Müavinət təyin edən komissiya» sının protokolunun surəti;
Uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə əmrdən (sərəncamdan) çıxarış;
Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəli;
Müavinət alacaq şəxsin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı).