ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Minik avtomobilinin mülkiyyətə keçirilməsi

Yuxarıda göstərilən qərarla təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.14-cü yarımbəndinə əsasən pulsuz avtomobil almış əlilliyi olan şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş minik avtomobilinin mülkiyyətə keçirilməsi ilə əlaqədar aşağıdakı sənədlərin təqdim edilməsi xahiş olunur:

1. minik avtomobilini almış imtiyazlı şəxsin notariat qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnaməsinin surəti;

2. minik avtomobilinin qeydiyyat şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surəti;

3. minik avtomobilini mülkiyyətinə keçirəcək varisin yazılı müraciəti və şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surəti;

4. vəfat etmiş şəxsin varislərinin adlı siyahısı (təsdiq olunmuş arayış formasında), yazılı müraciətləri və şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq edilmiş surəti.

Yuxarıda göstərilən qərarla qaydanın 3.9-cu yarımbəndinə əsasən əlilliyi olan şəxslər avtomobili satmaq va bağışlamaq hüququna malik deyillər. Minik avtomobilini idarə etmək hüququ həm əlilliyi olan şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində birgə yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir.