ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sosial sifarişlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası” və 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi” Qaydasına uyğun olaraq dövlət sifarişləri ilə sosial xidmətlərin təşkili müxtəlif layihələr əsasında həyata keçirilir. Nazirliyin təşkil etdiyi sifarişlər müsabiqəyə əsasən verilir və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində bununla bağlı məlumat dərc olunur.