ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Stasionar sosial xidmət

Stasionar sosial xidmət müəssisələri

Stasionar sosial xidmət müəssisələri

Yerləşdiyi ərazi

1

Əilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsi

Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, M.Əzizbəyov küçəsi 84

2

Əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsi

Abşeron r., Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi 17

3

 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi

Bakı ş., Xəzər r., Buzovna qəsəbəsi, Beynəlmiləl küçəsi 20/22

4

 2 saylı psixonevroloji sosial xidmət müəssisəsi

Şamaxı ş., Nərimanov küçəsi 106

5

 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi

Göygöl r., Qırıqlı kəndi

6

 4 saylı psixonevroloji sosial xidmət müəssisəsi

Gəncə ş., Qurtuluş küçəsi 77

7

 Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi

Bakı ş., Sabunçu r., Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 24

8

 Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi

Bakı ş., Sabunçu r., Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km 33

9

 Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi

Bakı ş., Sabunçu r., Ramana qəsəbəsi, Q.Qarayev küçəsi 14

10

 1 saylı uşaq evi sosial xidmət müəssisəsi

Bakı ş., Nizami r., Rüstəm Rüstəmov küçəsi 66a

11

 2 saylı uşaq evi sosial xidmət müəssisəsi

Bakı ş., Suraxanı r., D yaşayış  sahəsi, ev 1

12

 3 saylı uşaq evi sosial xidmət müəssisəsi

Bakı ş., Xətai r., Lütvizadə küçəsi 38

13

 4 saylı uşaq evi sosial xidmət müəssisəsi

Gəncə ş., Adilxan Ziyadxanov küçəsi, ev 31

14

 O. Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsi

Lənkəran ş., 20 Yanvar küçəsi 20

15

 6 saylı uşaq evi sosial xidmət müəssisəsi

Şəki ş., Zərifə Əliyeva küçəsi 80

16

 1 saylı Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsi

Bakı ş., Xəzər r., Almas İldrım küçəsi 43a

17

 2 saylı Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsi

Lənkəran ş., M.M. Axund küçəsi 73

18

“Məzun evi” sosial müəssisəsi

Abşeron r., Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1

 

Müraciət qaydası

Şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər müəssisəyə yerləşdirilmələri üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. 

Tələb olunan sənədlər

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə

  • uşağın şəxsiyyətini təsdiq edən sənəd;
  • valideynin (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (nikahdankənar doğulduğu təqdirdə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsindən müvafiq arayış);
  • valideyn (valideynlər) vəfat etmişdirsə, ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı;
  • uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
  • valideynin (valideynlərin) daşınmaz əmlakına mülkiyyət hüququnu təsdiq edən sənədin surəti.

Uşağın valideyn himayəsindən məhrum olması səbəblərindən asılı olaraq, aşağıdakı sənədlər ərizəyə əlavə olunur:

  • valideynlər boşanmışdırsa - nikahın pozulması haqqında şəhadətnamənin surəti və valideynin razılığı;
  • valideynlərdən birinin və ya hər ikisinin həbsdə olduğu təqdirdə məhkəmənin müvafiq qətnaməsi;
  • valideynin (valideynlərin) əlilliyi varsa, bunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) qərarı.

Təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlar üzrə

  • uşağın şəxsiyyətini təsdiq edən sənəd;
  • uşağın əlilliyini müəyyən edən TSEK-in qərarı;
  • yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;
  • uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
  • 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

Təhsilə cəlb olunan əlilliyi olan uşaqlar üzrə

  • uşağın şəxsiyyətini təsdiq edən sənəd;
  • yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış;
  • uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
  • 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.

Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üzrə

  • yetkinlik yaşına çatmayanın yazılı və ya şifahi müraciəti;
  • yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, onun valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin müraciətləri;
  • uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti;
  • sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı.

Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə

  • şəxsiyyəti təsdiq edən sənəd;
  • yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
  • şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;
  • şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
  • 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.