Vətəndaş regionlarda sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yerli filiallarının sanatoriya-kurort arayışına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeydiyyatda olduğu ünvan üzrə müvafiq regional filialına müraciət edir.
Vətəndaş Bakı şəhərində sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yerli filiallarının sanatoriya-kurort arayışına əsasən Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin qeydiyyatda olduğu ünvan üzrə müvafiq DOST mərkəzinə müraciət edir.