Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
1. yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);
2. özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;
3. şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;
4. yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;
5. yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;
6. paltarların xırda təmirini etmək;
7. mənzili yığışdırmaq və təmizləmək;
8. zəruri ərzaq, sənaye və məişət mallarını almaq;
9. mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;
10. istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;
11. həyətyanı sahəni nizama salmaq;
12. evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;
13. sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.