Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
1. sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;
2. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, əlilliyi olan uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;
3. əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərmək;
4. əlilliyi olan uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;
5. əlilliyi olan uşaqların sosial uyğunlaşmasına dəstək vermək;
6. əlilliyi olan uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;
7. ailənin sosial inkluziyasına köməklik göstərmək;
8. əlilliyi olan uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.
9. sosial xidmətə ehtiyacı olan şəxsin asudə vaxtının səmərəli təşkilini təmin etmək