Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:
1. sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamağa başladıqda;
2. tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;
3. əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda;
4. sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.
5. dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətin, habelə qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda.