18 yaşadək əlilliyi olan şəxslərə səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi Sosial Xidmət Haqqında Azərbaycan Respublikasının Qanunun 19.2.6-cı maddəsi (əlilliyi olan şəxslərə, o cümlədən 18 yaşadək əlilliyi olan şəxslərə reabilitasiya xidmətinin göstərilməsi) ilə tənzimlənir.
Səyyar sosial reabilitasiya xidməti hazırda Bakı şəhəri (12 rayon) üzrə 0-6 yaş arası əlilliyi olan şəxslərə göstərilir. Səyyar sosial reabilitasiya xidməti mütəxəssislərdən ibarət komanda tərəfindən göstərilir. Həmin mütəxəssislər sosial işçi, psixoloq, pedaqoq, loqopedlərdir. Hər bir mütəxəssis ilkin qiymətləndirmə zamanı 18 yaşadək əlilliyi olan şəxsin qiymətləndirilməsində iştirak edir. 18 yaşadək əlilliyi olan şəxsin diaqnozu, yaş xüsusiyyətləri, davranışlarından asılı olaraq uşağın reabilitasiyası üçün müvafiq mütəxəssislər 18 yaşadək əlilliyi olan şəxs üçün fərdi reabilitasiya proqramı hazırlayırlar. Proqrama uyğun olaraq 18 yaşadək əlilliyi olan şəxsə səyyar sosial reabilitasiya xidməti həftədə 2 dəfə, yarım saatdan az olmamaqla göstərilir.