Səyyar sosial reabilitasiya xidməti 0-6 yaş arası əlilliyi olan şəxslərə göstərilir. Yaşayış ünvanı Bakı şəhəri olan 18 yaşadək əlilliyi olan şəxslərin valideynləri, qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər 18 yaşadək əlilliyi olan şəxslərə səyyar sosial reabilitasiya xidməti üçün Sosial Xidmətlər Agentliyinə və ya Agentliyin yerli qurumlarına, 116 123 Qayğı Çağrı Mərkəzinə, Nazirliyin 142 Çağrı Mərkəzinə müraciət edə bilərlər. 18 yaşadək əlilliyi olan şəxsə səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi üçün lazımi sənədlər aşağıdakılardır:
- 18 yaşadək əlilliyi olan şəxsin şəxsiyyət vəsiqəsinin sürəti;
- Uşağın valideynlərinin şəxsiyyət vəsiqələrinin sürəti;
- Uşağın əilliyini təsdiq edən elektron sənəd.