ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Strateji planlaşdırma və innovasiyalar şöbəsi

Əsasnamə 217.80K

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsi (bundan sonra - Şöbə) Nazirlik tərəfindən həyata keçirilən sosial siyasətlərin nəticələrinin monitorinqi və həmin nəticələrin təhlili, strateji planlaşdırma sahəsində işlərin təşkili və əlaqələndirilməsi, Nazirliyin fəaliyyəti üzrə hesabatlılığın təmin edilməsi, fəaliyyət istiqamətləri üzrə aidiyyəti layihələrin və innovasiya siyasətinin hazırlanması və icrasının koordinasiyası, eləcə də məşğulluq, əmək münasibətləri, sosial müdafiə və sosial təminat sahələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin təşkili ilə bağlı bu Əsasnamə və aidiyyəti hüquqi aktlarla verilən səlahiyyətlər çərçivəsində öz hüquq və vəzifələrini, o cümlədən təşkilati və nəzarət tədbirlərini həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra – Nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının digər struktur bölmələri, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (bundan sonra – Nazirliyin struktur bölmələri), eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və yerli qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərir.