ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əmək siyasəti şöbəsi

Əsasnamə 163.40K

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının struktur bölməsi olan Əmək siyasəti şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində respublikada əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində Nazirliyin hüquq və vəzifələrinə aid edilən məsələlərlə bağlı fəaliyyəti təmin edir. Şöbə əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində normayaratma təşəbbüsü ilə çıxış edir, fəaliyyət istiqamətinə uyğun olaraq normativ hüquqi aktların layihələrinin hazırlanmasında, onların aidiyyəti dövlət orqanları ilə razılaşdırılmasında, eləcə də Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir, digər dövlət orqanları tərəfindən təklif olunan layihələrə fəaliyyət istiqamətinə uyğun olaraq rəy verir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra - Nazir) əmr və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur.

 Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının digər struktur bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra - Nazirliyin struktur bölmələri), eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, işçilərin və işəgötürənlərin birlikləri və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.