ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlillik siyasəti şöbəsi

Əsasnamə 215.44K

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının struktur bölməsi olan Əlillik siyasəti şöbəsi (bundan sonra – Şöbə) əlillik və reabilitasiya sahəsində (bundan sonra - müvafiq sahə) qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, qanunvericiliyin tətbiqi, müvafiq sahə üzrə siyasətin müəyyənləşdirilməsi, bu istiqamətdə araşdırmaların və təhlillərin aparılması, əlilliklə əlaqədar risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərə dair təkliflərin hazırlanması istiqamətində tədbirləri və tənzimləməni həyata keçirir, müvafiq sahədə fəaliyyətin səmərəliliyinə, dövlət xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılmasına nəzarət edir. 

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası"nı və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra – Nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin digər struktur bölmələri, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (bundan sonra – Nazirliyin struktur bölmələri), eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.