ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

DOST İş Mərkəzi

Rəhbərlik

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin (bundan sonra - Agentlik) DOST İş Mərkəzi (bundan sonra - Cəmiyyət) Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işsiz şəxslərin işə qəbulu, ictimai işlərə göndərilməsi və əməkhaqlarının maliyyələşdirilməsi, ictimai işlərin təşkili yolu ilə sosial xidmətlərin göstərilməsi, ərazilərin ekoloji bərpası (ictimai əhəmiyyətli yerlərdə yaşıllaşdırma işləri, meşə zolaqlarının salınması, parklara və ictimai yerlərə qulluq), təmir, bərpa, abadlıq işlərinin və mənzil-kommunal  və s. xidmətlərin görülməsi ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Cəmiyyətin Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

Cəmiyyət vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Cəmiyyət müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, işlə təmin olunmağa ehtiyacı olan  şəxsləri (ailələri) işlə təmin edilməsinə köməklik göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, o cümlədən haqqı ödənilən ictimai işlərə cəlb edilməsi ilə bağlı Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək Cəmiyyətin fəaliyyət istiqamətlərinə aiddir.

Cəmiyyətin fəaliyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilir. Direktor Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir.